Ərdoğan İspaniyaya gedəcək

23:41 - 10 İyun 2024

Ərdoğan İspaniyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.

 


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “Sputnik Türkiye” məlumat paylaşıb.
Qeyd olunub ki, Türkiyə lideri 2 gün davam edəcək səfər çərçivəsində VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirak edəcək.
İspaniyanın Baş naziri Pedro Sançesin də qatılacağı forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin