Gəlirinin yarısını turizmdən qazanan yerli əhali turistlərə müharibə elan etdi

12:54 - 10 İyun 2024

Gəlirinin yarısını turizmdən qazanan yerli əhali turistlərə müharibə elan etdi

İspaniyanın turistik Balear adalarında turistlərdən təngə gələn yerli əhali üsyan bayrağını qaldırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gəlirlərinin təxminən yarısını turistlərdən qazanan yerli əhali 10 min nəfərin iştirakı ilə nümayiş təşkil edib.

Ada sakinləri gecə saatlarında turistlərin gəlməsinin qarşısını almaq üçün 22 tətil kəndinin bütün girişlərini zəncir və kəndirlərlə bağlayıblar.

İldə təqribən 800 min ziyarətçinin diqqətini çəkən bölgədə yerli əhali sıx vaxtlarda istirahətlərini qorumaq üçün bu tədbiri gördüklərini ifadə edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin