Qəzzaya müvəqqəti limandan gələn yardım dayandırılır

13:48 - 10 İyun 2024

Qəzzaya müvəqqəti limandan gələn yardım dayandırılır

Birləşmiş Millətlər təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzzadakı müvəqqəti limandan humanitar yardımın "təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbilə dayandırıldığını açıqlayıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun 4 məhbusu xilas etmək üçün Nuseyratda həyata keçirdiyi əməliyyatlar zamanı Ümumdünya ərzaq proqramına aid iki anbarın raketlərlə hədəf alındığını bildirən Makkeyn:

- "Hələlik geri addım atdıq. Təhlükəsizlik şərtlərinin təmin olunduğundan əmin olmaq istəyirik", - deyə vurğulayıb. 

Qeyd edək ki, Qəzzanın digər bölgələrində Makkeyn fəaliyyətini davam etdirir. 

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin