Rusiya bu ölkəyə donanma gəmiləri və nüvə sualtı qayığını göndərir

12:21 - 10 İyun 2024

Rusiya bu ölkəyə donanma gəmiləri və nüvə sualtı qayığını göndərir

Rusiya donanmasının bir qrup gəmisi, o cümlədən nüvə sualtı qayığı tarixi dostluq münasibətləri çərçivəsində gələn həftə Kubaya səfər edəcək.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın “Qorşkov” freqatı, nüvə enerjisi ilə işləyən “Kazan” sualtı qayığı, “Paşin” donanma neft tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisi iyunun 12-dən 17-dək Havana limanına səfər edəcək.

Kuba dövləti gəmilərin heç birinin nüvə silahı daşımadığını və onların region üçün təhlükəli olmadığını qeyd edib.

“Digər ölkələrin hərbi-dəniz qüvvələrinin səfərləri inqilabi hökumətin dostluq və əməkdaşlıq əlaqələri saxlayan xalqlarla tarixi təcrübəsidir”, - Kuba XİN-in yaydığı bəyanatda deyilir.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin