Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
10:42 - 10 İyun 2024
Valensiya şəhərindəki qəbiristanlıqlar enerji mərkəzlərinə çevrilmək səbəbi ilə onlara minlərlə günəş paneli quraşdırılır.
Requiem in Power (RIP) layihəsi, təxminən 2,8 MV elektrik istehsal gücünə görə İspaniyanın ən böyük şəhər sahəsi günəş enerjisi ferması olacaq.
Manset.az xarici mediaya əsasən xəbər verir ki, Valensiyadakı qəbiristanlıqlardakı kriptlərdə və digər tikililərdə təxminən 7 min fotovoltaik panel quraşdırılıb.
Hesablamalara görə, RIP layihəsi tam fəaliyyətə başlayanda hər il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq. Bu layihə "Valensiya 2030 İqlim Məqsədi" çərçivəsindədir. Aralıq dənizi şəhəri Avropa Birliyinin "2030 İqlim Hədəfi" ilə 2050-ci ilə qədər iqlimə neytral olmaq məqsədinin qabaqcıllarından biri olmuşdur.
Şəhər səviyyəsində Valensiya bu məqsədə vaxtından 20 il tez nail olmağı və 2030-cu ilə qədər iqlim neytrallığına nail olmağı hədəfləyir.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin