"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
10:27 - 10 İyun 2024
Belçikada iyunun 9-da keçirilən ümumi seçkilərdə ölkənin baş naziri Alexander de Croo partiyası Flemish Open Vld-nin uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadə məlumatına görə, de Croo seçkinin ilk nəticələri açıqlandıqdan sonra sabahdan etibarən istefa verəcəyini deyib və kameralar önündə göz yaşlarına hakim ola bilməyib.
Alexander de Croo açıqlamasında “Bu seçkinin qalibləri N-VA, Vlaams Belanq və Vooruitdir. Bizim üçün xüsusilə çətin bir axşam oldu. Uduzduq. Sabahdan etibarən istefa verən Baş nazir olacağam" ifadələrindən istifadə edib.
Qeyd edək ki, dünən keçirilən seçkilərdə ilk nəticələrə görə, sağ təmayüllü millətçi Flamand N-VA qalib gəlib. Seçkilərin qalibi olacağı gözlənilən ifrat sağçı Flamand Vlaams Belanq həm federal parlamentdə, həm də Flaman regionunda ikinci yerdə qərarlaşıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin