Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
10:02 - 10 İyun 2024
Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (AXP) Avropa Parlamentinə (AP) seçkilərdə birinci yeri tutub.
Manset.az xarici mətbuata əsasən xəbər verir ki, seçkilərin ilk ilkin nəticələrini Brüsseldə AP-nin mətbuat xidməti elan edib.
Məlumata görə, AXP birinciliyini qoruyaraq Avropa Parlamentində 181 yer tutub. İkinci yeri (135 yer) "Sosialistlər və demokratlar", üçüncü yeri isə "Yeni Avropa" partiyaları tutub.
İlkin hesablamalara görə, sağçı partiyalar mövqelərini gücləndiriblər.
AP rəhbəri Robert Metsol vurğulayıb ki, bunlar hələ dəyişə biləcək ilkin nəticələrdir. Seçkilərin daha dəqiq nəticələri gecə yarısından sonra açıqlanacaq.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin