Milyarder xəstəxanalıq oldu

09:53 - 10 İyun 2024

Milyarder xəstəxanalıq oldu

Yaponiyalı milyarder Yusaku Maezava Honsyu adasındakı Miyaqi prefekturasında avtomobil yarışı zamanı qəzaya uğradıqdan sonra xəstəxanaya yerləşdirilib.

 

Manset.az xarici mətubata əsasən xəbər verir ki, yarışda baş verən insident nəticəsində iki nəfər yaralanıb.

Maezava huşunu itirib və danışa bilməyib. İkinci zərərçəkən haqqında məlumat verilmir.

Hazırda milyarderin həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Maezava 48 yaşlı milyarder, Yaponiyanın ən böyük onlayn geyim mağazası "Zozotown"un yaradıcısıdır. O, Forbes-in 2024-cü ilin ən zəngin yaponları siyahısında 36-cı yerdədir. Nəşr onun sərvətini 1,35 milyard dollar qiymətləndirib.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin