Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
22:53 - 8 İyun 2024
Ötən günlərdə, “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun təşəbbüsü ilə Azərbaycan əsilli norveçli məşhur, Marie Sabhanın yeni mahnısı beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilib.
Manset.az xəbər verir ki, anası norveçli, atası isə Cənubi Azərbaycandan olan Marie Sabha Azərbaycan haqqında daha bir mahnısının təqdimatını edib. Marie Sabha Norveçin Tronheym şəhərində doğulub, boya-başa çatsa da, öz yaradıcılığında hər zaman Azərbaycan mədəniyyətini, irsini, ənənələrini müasir elektron musiqi ilə üzvi şəkildə birləşdirərək beynəlxalq arenaya, dinləyicilərinə təqdim edir.
Qeyd edək ki, Marie Sahba 2019-cu ildə "Take Me Back" adlı debüt sinqlını buraxdıqdan sonra Norveçin ən perspektivli sənətçilərindən biri kimi sürətlə yüksəldi. Onun musiqisi H&M-in beynəlxalq pleylistlərində və Netflix-in "Witch Hunt" kimi əsas teleseriallarında yer alıb. Onun "Azery Baby" adlı EP və sonrakı debüt albomu böyük marağa səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin