Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
14:57 - 6 İyun 2024
Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasını dayandırıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Ceyhun Yusifov məlumat verib.
Vəkilin sözlərinə görə, o və digər müdafiəçilər yaşlı anası ilə birlikdə müvəkkili ilə görüşüblər. Onların xahişi ilə H. Abdullayev aclığı dayandırıb.
Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin