Bu ölkədə bələdiyyələr subaylar üçün tanışlıq proqramı hazırladı

14:38 - 6 İyun 2024

Bu ölkədə bələdiyyələr subaylar üçün tanışlıq proqramı hazırladı

Aşağı doğum nisbətləri Yaponiyanın Tokio Bələdiyyəsini hərəkətə keçməyə məcbur edib. Bələdiyyə subayları bir araya gətirəcək tanışlıq proqramı hazırlayacaq.

 

Yaponiyanın paytaxtı Tokioda bu yay şəhər sakinləri üçün uyğunlaşma tətbiqinin həyata keçiriləcəyi açıqlanıb. Hökumətin aşağı doğum nisbətlərini artırmaq planının bir hissəsi olacaq telefon proqramı Tokiodan subayları tanış etməyi hədəfləyir. Tətbiqi istifadə etmək üçün müraciət edənlər subay olduqlarını təsdiq etməli və evlənmək istədiyini bildirən sənədə imza atmalıdırlar. Uyğunlaşma tətbiqindən istifadə edənlər illik gəlirlərini də bəyan etməli olacaqlar.

Tokio Bələdiyyəsi tərəfindən edilən açıqlamada, “Öyrəndik ki, evlənmək istəyən insanların yüzdə 70i həyat yoldaşı tapmaq üçün tədbirlərə və tətbiqlərə qatılmır. "Biz onlara kömək etmək istəyirik" dedi.

Digər tərəfdən tətbiq sosial mediada da reaksiyalara səbəb olub. Bəziləri bələdiyyəni xalqın vergisi ilə oyunbazlıq etdiyinə görə tənqid edirdilər.

Yaponiyada bələdiyyələr əvvəllər doğum nisbətlərini artırmaq üçün müxtəlif uyğunlaşma tədbirləri təşkil ediblər.

Baş nazir Fumio Kişida ölkədə rekord qıran düşük doğumlar səbəbindən ciddi məşğulluq problemlərinin yaşandığını qeyd edərək, uşaqlı ailələrə dövlət dəstəyinin veriləcəyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin