COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:40 - 24 İyun 2021
Dəfələrlə yaralanıb, hər dəfə də tibbi yardım aldıqdan sonra özü yenidən döyüşə qayıtmaqda israr edib, qayıdıb, qaldığı yerdən savaşmağa davam edib. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib. İndi də Qubadlıda xidmət edir. Polkivnik-leytenant Elşən Umarovu şəxsən və yaxından tanıyıram. Vətənə, dövlətə sadiq, peşəkar zabitdir.
O, Qəbələdə doğulub-böyüyüb, oxuyub zabit olub. 44 günlük savaşda Cəbrayılı alıb bizə verib, amma Cəbrayılda doğulub-böyümüş Elman Rüstəmovdan kredit ala bilmir; Mərkəzi Bank onun adını problemli müştərilər siyahısına salıb. Səbəb də Elşən Umarovun Qarabağda vuruşan zaman kredit ödənişlərini gecikdirməsi və Unibank Kommersiya Bankının ona gecikmə yazması olub. Müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib; hərçənd Prezident İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən Müharibəsi iştirakçılarının həmin döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma... yox! Elşən Umarov öz canını Vətən üçün əsirgəmədiyi halda bankirlər ondan pulu əsirgəyir.
Bəli, bu zabit övladının xeyir işi üçün banklardan kredit istəyir. Deyir: "Mənə pul satın". Əməkhaqqı da yüksəkdir, ödəmə qabiliyyəti də var. Ancaq ona "problemli müştəri" adı qoyublar. Elman Rüstəmov, vicdan da yaxşı şeydir! Bu zabit 30 illik bir problemi həll etmək üçün canını əsirgəməyib; Sizin Cəbrayılınızı, mənim Füzulimi azad edib bizə qaytarıb. Qarabağı bizə qaytaran adam sizin kreditinizimi qaytarmayacaq?! Bu nə Allahsızlıqdır?! Unibank səhv edib, adama gecikmə yazıb; sanki zabit Umarov Cəbrayılın düzündə, o mərmilərin altında bankomat tapıb kredit aylığı ödəyəcəkmiş! Bu məntiqsizliyi və insafsızlığı Mərkəzi Bank davam etdirir. Bu şəxs Elman Rüstəmova demir ki, çoxsaylı villalarından birini satıb ona versin. Adam deyir: "Lütfən, bu soyğunçu 27 faizinizlə mənə pul satın". Cavabları bu olur: "Problemlisən". Vətəni üçün qanını verənə bu münasibəti göstərənlərə daha nə deyəsən?! Pul üçün bəlkə də Vətəni satarlar.
Bahəddin Həziyev, Bizimyol.info
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin