Bakıda maşın svetofora çırpıldı

19:18 - 5 İyun 2024

Bakıda maşın svetofora çırpıldı

Bakıda yol qəzası baş verib.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib. İdarəetməni itirən minik avtomobilinin sürücüsü piyada svetoforunu yararsız hala salıb.

Qeyd olunub ki, NİİM tərəfindən qısa müddət ərzində piyada svetoforunun bərpası təmin ediləcək.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin