Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
15:57 - 24 Oktyabr 2021
"Qarabağdakı qələbə türk dünyasının son illərdəki ən böyük uğurlarından biridir".
Manset.az xəbər verir ki, bunu "Anadolu" agentliyinin (AA) İdarə Heyətinin rəhbəri və baş direktoru Sərdar Karagöz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində təşkil olunan “Türk dünyasının simasında gələcəyi qur” panelində çıxışında deyib.
Karagöz türk dünyasının Qarabağ mövzusunda ideoloji və praktiki baxımdan birlik nümayiş etdirdiyini qeyd edib: “Biz bəyanatlarımızda maksimum birlik nümayiş etdirməyə çalışdıq. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini əsas hesab edirəm. Bu, birlik yaratmaq üçün atılan bir addımdır və bizim üçün yeni qapılar açır".
Agentlik rəsmisi vurğulayıb ki, Qarabağdakı qələbə təkcə hərbi zəfər deyil, türk dünyasını birləşdirən möhtəşəm və əsaslı qalibiyyətdir: "İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Lakin münaqişənin bütün dövrünü, hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki tarixləri də nəzərə alsaq, görərik ki, dünya Azərbaycanın haqsızlıqdan əziyyət çəkdiyini heç vaxt tanımayıb, başqalarının da tanımasına imkan verməyib. Azərbaycan torpaqlarının işğalı ilə bağlı Qərb və Şərq mediasında geniş məqalələr, analitiklər və bəyanatlar olmayıb. Yalnız Türkiyə və Azərbaycanda, bütövlükdə türk dünyasında torpaqların işğalı faktı israrla söylənilib".
Karagözün sözlərinə görə, uzun illər Azərbaycan guya Ermənistana təzyiq edirmiş kimi görünüb:
"Bu, münaqişənin ilk günündən zəfər gününə qədər davam etdi. Lakin siyasi gücümüz və nüfuzumuz qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi baxımdan güclü olmaq kifayət deyil. Siyasi baxımdan iki ölkənin güclü liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ciddi iradə nümayiş etdirdilər".
Baş direktor əlavə edib ki, erməni diasporunun əsas mərkəzi Kaliforniyadadır: "İkinci mərkəz Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Amma bölgəyə gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər. Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal olunmuş torpaqlarda baş verən dağıntıları, həm dinc əhaliyə, həm də tarixi irsə qarşı törədilən cinayətləri fotoşəkillərlə çəkdilər. Nəticədə 44 gündən sonra, qələbə günündə güclü erməni lobbisinin cəhdlərinə baxmayaraq, dünya ictimaiyyətindən heç bir mənfi reaksiya olmadı. Qələbə təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində qazanıldı”.
Karagözün fikrincə, media Qarabağdakı qələbənin informasiya tərəfini həmişə nəzərə almalı və başqa nə edilə biləcəyini düşünməlidir: “İnanıram ki, Qarabağdakı zəfər sayəsində türk dünyasının əldə etdiyi uğurlar qarşıdakı dövrlərdə də yeni qələbələrin, nailiyyətlərin qapılarını açacaq”.
report.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin