Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
16:48 - 5 İyun 2024
Almaniyanın Mannheim şəhərində bələdiyyə şurası üzvlüyünə namizəd olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan siyasətçi ötən gecə bıçaqla hücuma məruz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumda AfD siyasətçisi yaralanıb. Hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.
Hadisə Rheinau rayonundakı bazar meydanı yaxınlığında baş verib. Şəhər şurasına namizədliyini irəli sürən AfD siyasətçisi bəzi şəxslərin onun plakatlarını yırtdığını görüb və niyə belə etdiklərini soruşduqda bıçaqla hücuma məruz qalıb.
Bildirilib ki, xəsarət alan siyasətçi hələ də xəstəxanadadır və bıçaq zərbələri nəticəsində bədənində kəsiklər var. Plakatları cıran 3 nəfərin olduğu və onlardan ikisinin qaçdığı bildirilib.
AfD hücumun ifrat solçular tərəfindən həyata keçirildiyini bildirib. AfD Baden-Württemberg təşkilatının prezidenti Markus Frohnmaier, hücumu "şok olduq və dəhşətə gəldik" sözləri ilə qiymətləndirib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin