Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
15:07 - 5 İyun 2024
Mövsümü çempionluqla tamamlayan və gələn il də eyni hədəflə mübarizə aparmağı planlayan "Qalatasaray"da transfer çalışmaları davam edir. "Sarı-qırmızılılar" heyəti gücləndirmək üçün klublar və menecerlərlə danışıqları davam etdirir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın Monako ilə müqaviləsinin son mövsümünə başlayan 25 yaşlı Mali əsilli fransalı futbolçu üçün bonuslarla birlikdə 15 milyon avroya qədər təklif etməyə hazırlaşdıqları iddia edilir.
Qeyd edək ki, Yossof Fofana bu mövsüm "Monako"nun heyətində 35 oyun keçirib. Mali əsilli fransız yarımmüdafiəçi 4 qol və 4 məhsuldar ötürmə ilə çıxış edib. Fofananın klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin