Qızından Əməkdar artistlə bağlı MÜRACİƏT

20:30 - 4 İyun 2024

Qızından Əməkdar artistlə bağlı MÜRACİƏT

Xəbər verdiyimiz kimi, Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhətində problem yaranıb.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, aktyor onkoloji xəstəlikdən əziyyət çəkir. R.İbrahimovun qızı Nisə Rzayeva atasının müalicəsi ilə bağlı bir çox qrumlara müraciət etdiyini deyib:

"Hazırda vəziyyəti yaxşı deyil. Atamın müalicəsinin nəzarətə götürülməsini istəyirəm. Bunun üçün bir çox yerlərə - Heydər Əliyev Fondu, teatr və başqa qrumlara məktub yazmışam. Atama yardım edilsin".

Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edir.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin