Bu ərazilər işıqsız qalacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
16:35 - 4 İyun 2024
Meksikanın tarixində Klaudiya Şeynbaum ilk qadın prezident seçildikdən bir gün sonra qərbdəki Kotija şəhərinin qadın meri Yolanda Sançez Fiqeroa silahlı hücumda öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kotija şəhərinin qadın meri Yolanda Sançez Fiqeroa küçənin ortasında silahla vurulub.
Michoacan əyalətinin Daxili İşlər Nazirliyinin X hesabında edilən açıqlamada Fiqeroanın qətli pislənib.
Fiqeroa 2023-cü ilin sentyabrında Xalisko ştatının Quadalaxara şəhərindəki ticarət mərkəzindən qaçırılıb və 3 gün sonra tapılmışdı.
Qeyd edək ki, iyunun 2-də Meksikada yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Dünən açıqlanan nəticələrə görə, Klaudiya Şeynbaum seçkilərdə qalib gəlib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin