İlk qadın prezident seçilən Meksikada bir gün sonra qadın mer öldürüldü

16:35 - 4 İyun 2024

İlk qadın prezident seçilən Meksikada bir gün sonra qadın mer öldürüldü

Meksikanın tarixində Klaudiya Şeynbaum ilk qadın prezident seçildikdən bir gün sonra qərbdəki Kotija şəhərinin qadın meri Yolanda Sançez Fiqeroa silahlı hücumda öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kotija şəhərinin qadın meri Yolanda Sançez Fiqeroa küçənin ortasında silahla vurulub.

Michoacan əyalətinin Daxili İşlər Nazirliyinin X hesabında edilən açıqlamada Fiqeroanın qətli pislənib.

Fiqeroa 2023-cü ilin sentyabrında Xalisko ştatının Quadalaxara şəhərindəki ticarət mərkəzindən qaçırılıb və 3 gün sonra tapılmışdı.

Qeyd edək ki, iyunun 2-də Meksikada yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Dünən açıqlanan nəticələrə görə, Klaudiya Şeynbaum seçkilərdə qalib gəlib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin