BMT Təhlükəsizlik Şurasına sədrlik bu ölkəyə keçdi

23:11 - 3 İyun 2024

BMT Təhlükəsizlik Şurasına sədrlik bu ölkəyə keçdi

İyun ayı ərzində Koreya Respublikası BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

 

Manset.az xəbər verir ki, Koreyanın BMT-dəki daimi nümayəndəsi səfir Cunkuk Hvanq ay ərzində Şuranın gündəliyində müzakirə olunacaq məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Səfir bildirib ki, ay ərzində TŞ-də kibertəhlükəsizliklə bağlı iki iclas planlaşdırılıb. Bunlardan biri Yaxın Şərqdə davam edən müharibənin və bununla bağlı Əlcəzairin TŞ-yə təklif etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələrə həsr olunacaq.

Digər isclas isə Şimali Koreyanın təxribatlarına cavab vermək üçün nəzərdə tutulub.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin