Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
15:18 - 31 May 2024
Müasir dünyada rəqəmsallaşma həyatın bütün sahələrində mühim yer tutur. Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti ələ alıb. Bu səbəbdən informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində əsas faktor həm ölkədəki dövlət qurumlarının inkişafı, həm özəl sektor, həm də insan kapitalıdır.
Elvin Abbasov qeyd edib ki, rəqəmsallıq artıq qurulub, sadəcə keyfiyyət məsələsi var, bu da get-gedə arzu olunan səviyyəyə gəlir:
“Son illərdə, xüsusən də son aylarda Azərbaycanda bir çox dövlət qurumu ənənəvi xidmətlərini rəqəmsallığa çevirdikdən sonra rəqəmsallığın keyfiyyətini artırmağa başlayıblar. Yəni bir çox xidmət artıq bizim üçün rəqəmsal olaraq əlçatandır. Xüsusəndə, arayışların onlayn alınması keçən ay TƏBİB-də rəqəmsallaşdırıldı. Bunları artıq onlayın olaraq ala bilirik. Bunun kimi bir çox dövlət qurumu da öz xidmətlərinin keyfiyyətini artırırlar. Digər məsələ özəl sektorda bu gün bir çox xidmət, logistika, karqo, taksi sifarişi, kommunal xidmətləri və bu qəbildən olan bir çox proses artıq rəqəmsallaşmada kifayət qədər keyfiyyətli xidmət təklif edir. Vətəndaşlar sosial və məişət problemlərində artıq rəqəmsal sahənin rəqəmsallaşmanın bəhrəsini görürlər. Digər tərəfdən də rəqəmsallaşmada ən vacibi insan kapitalıdır. Azərbaycanda rəqəmallaşmağa təkan verən insan kapitalının yetişdirilməsi üçün dövlət bir çox addımlar atıb. Bu istiqamətdə bir çox layihə yaradılıb. Bunladan biri technestdir ki, hər il 3000-dən çox təqaüdlü olaraq IT aktivləri yetişdirir. İndi bəs, hazırda burda problem nədi? Hal-hazırda o yetişən, dövlət təqaüdlü kurslardan çıxan uşaqlar indi iş həyatına adaptasiya olmalıdır. Amma Azərbaycanda şirkət və dövlət təcrübəçi istəmir. Onlar təcrübəli mütəxəssisləri işə alırlar. Bunun üçün də biz arzu edirik ki, dövlət daha bir layihə yaratmalıdır. O təcrübəçiləri şirkətlərdə və dövlət qurumlarında bir neçə aylıq maaşını ödəyərək dövlət hesabına yerləşdirmək daha faydalıdır. Onların o müddət ərzində mütəxəssis səviyyəsinə çıxmasında dövlət dəstəyinə ehtiyac var ki, əks halda dövlətin təcrübəçi kimi çıxardığı təqaüdlə yetişdirdiyi bu IT resursları şirkətlərdə iş tapa bilməyəcəklər. Bu məsələ Azərbaycanda həssasdır. IT səviyyəsində ölkənin qarşısını duran əsas məsələ budur. Çünki IT sahəsində mütəxəsislər, insan resursu, olmazsa, təbii ki, rəqəmsallıq inkişaf edə bilməz. Rəqəmsalllığın inkişafı üçün də bu istiqamətdə dövlətin yenə də əlavə bir layihə etməsi arzu olunandır”.
Elvin Abbasovun sözlərinə görə, ölkədə rəqəmsallığın keyfiyyətinin artması üçün IT infranstrukturu lazımdır:
“IT infrastrukturunu Azərbaycanda artıq bu il sonuncu ili olan “Onlayn Azərbaycan”, yəni ən ucqar rayon və kəndlərə keyfiyyətli sürətli internet, ən aşağı 24/25 Mbit/s internetin çatması üçün işlər görülür. Artıq ölkəmizdə Onlayn Azərbaycan layihəsi son mərhələsindədir. Bu layihənin tamamlanmasına artıq çox az qalıb. Bu o deməkdir ki, ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində həm fundamental, həm də üst leveldə işlər aparılır, inkişaf gedir. Başqa tərəfdən də biz bunu ələ ala bilərik. Qarabağda ağıllı şəhərlər və kəndlər tikilir. Vətəndaşların həmin ağıllı şəhərlərdə və kəndlərdə yaşaması üçün onlarda eyni vaxtda texnologiya realibitasiyası, yəni rəqəmsal səriştəlik inkişaf etməlidir. Digər bir məsələ kibertəhlükəsizlikdir. Azərbaycanda hər il növbəti ilə görə kibertəhlükəsizliyin miqyası artır. Bunun üçün də dövlətdən xüsusi bir yanaşma gözləyirik. Dələduzlar insanların bank hesablarını ələ keçirirlər, pullar ölkədən çıxarılır. Bu da əslində kifayət qədər önəmli bir mövzudur”.
Kibertəhlükəsizlik mütəxəssisi Elnur Atayev isə bildirib ki, inkişaf etmiş ölkələrdən qabaqcıl layihələri Azərbaycanda tətbiq etməklə rəqəmsallaşmanın inkişafına dəstək ola bilərik:
“Azərbaycanda rəqəmsallaşmanın keyfiyyəti artmaqdadır. Son illərdə ölkədə IKT infrastrukturu gücləndirilib, internetin geniş yayılması və mobil kommunikasiya sahəsində yaşanan inkişaflar bunun göstəricisidir. Bununla birlikdə, digər sahələrdə də daha inkişaf etmək lazımdır. Məsələn, rəqəmsal təhsil, süni intelektin bu kimi sahələrdə istifadəsi üçün bulud həlləri, sağlamlıq xidmətləri, iş sahələri və s. Azərbaycanda rəqəmsallaşmanın keyfiyyətini artırmaq üçün IKT infrastrukturunun daha da gücləndirilməsi və qəbul edilən texnologiyaların daha geniş yayılması vacibdir. Ölkədə rəqəmsal təhsil proqramlarının tətbiqi və təhsil müəssisələrinin bu sahədəki imkanlarının artırılması gənclərin səriştəsinin artmasına təkan verə bilər. İş dünyasında rəqəmsallaşmanın təşviqi üçün təşkilatların və dövlət qurumlarının dəstəklənməsi olduqca vacib sayılan addımlardan biridir. Ölkədə rəqəmsallaşmanın inkişafı üçün e-səhiyyə layihələri, e-təhsil platformaları, e-ticarət tətbiqləri kimi layihələr işə salınıb.
Elnur Atayev vurğulayıb ki, kiberhücumlardan qorunmaq üçün Azərbaycanda mühüm addımlar atılır:
“Ölkədə müvafiq qanunvericilik və tədbirlər vasitəsilə kibertəhlükəsizlik standartları qəbul edilib. İnformasiya təhlükəsizliyi məsələləri üzrə təhsil və məsləhətlərin artırılması istiqamətində də mühüm işlər görülür. Cəmiyyətdə maarifləndirici təlimlər keçirilir, videoçarxlar hazırlanıb və əhali daim məlumatlandırılır. Kibertəhlükəsizlik infrastrukturu qurularaq inkişaf etdirilir. Fərdi məlumatların müdafiəsi üçün tədbirlər, məsələn, məlumatlarını gizlilik altında saxlamaq üçün təşviqedici tədbirlər və bu mövzuda Elektron Təhlükəsizlik Xidməti (ETX) sosial şəbəkələrdə kifayət qədər məlumatlandırıcı xəbərlər paylaşılır”.
Əfsanə Rəcəb
6.3.13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin