Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
08:17 - 2 İyun 2024
Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.
Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə ştatın rayon polis şöbəsindən məlumat verilib.
“Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir”, – idarədən bildirib.
Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin