İtlərdən gizlənmək üçün girdiyi həyətdən 15 minlik antik əşya oğurladı

17:48 - 31 May 2024

İtlərdən gizlənmək üçün girdiyi həyətdən 15 minlik antik əşya oğurladı

Bakıda itlərdən qorunmaq üçün girdiyi həyətdən 15 minlik oğurluq edən şəxsə hökm oxunub.
 

Manset.az  qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığı yaxınlığında yerləşən həyət evlərinin birində baş verib.
 
Belə ki, 11 avqust 1997-ci il təvəllüdlü Ramiz Həsənov (soyad şərti) siqaret almaq üçün evinin yaxınlıqda yerləşən köşklərdən birinə gedib. 8 saylı poliklinikanın yaxınlığında, Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən oyun meydançasından keçərkən 5-6 it üstünə hücum edib. İtlərin hücumundan qorunmaq üçün yaxınlıqda yerləşən evlərin birinin hasarını aşaraq həyətə daxil olub.
 
Həyətə düşdüyü hissədə 1 ədəd dəyəri 100 manat olan samovarı və çəkisi 25,5 kiloqram, dəyəri 15 min manat olan antik mis qazanı oğurlayaraq ərazini tərk edib.
 
Məhkəmənin qərarı ilə Ramiz Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay azadlıqdan məhrum edilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin