2 yaşlı "Pikasso" - Əsərlərini kolleksiyaçılar alır

11:34 - 31 May 2024

2 yaşlı

Almaniyada 2 yaşlı Loran Şvarsın çəkdiyi rəsmlər böyük marağa səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sənətə olan sevgisini ailəsinin keçən payızdakı tətildə kəşf etməsindən sonra Şvars rəsm çəkməyə başlayıb.

Tətildən qayıtdıqdan sonra ailəsi onun üçün evdə kiçik bir rəsm emalatxanası qurub.

Ona rəsmləri sərbəst şəkildə çəkməyə icazə verilib. Loranın bütün rəsmləri mücərrəddir və parlaq rənglərdən istifadə etməyi sevir.

Anası sosial şəbəkədə əsərlərini sərgiləməyə başlayandan sonra böyük diqqət çəkib.

Onun əsərləri aprel ayında Münhendə keçirilən incəsənət sərgisində nümayiş etdirilib.

Dünyanın hər yerindən bir çox kolleksiyaçılar onun əsərlərini buradan alıblar.

Onun rəsmləri 7 min dollara qədər alıcı tapır.

Ailəsi Nyu-Yorkda növbəti sərgisini keçirmək üçün danışıqları davam etdirir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin