İlham Əliyev Tatarıstanda təltif edildi - FOTO
23 Oktyabr 2024
20:34 - 30 May 2024
Gürcüstan parlamentində Seçki Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.
Manset.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, layihə “Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə qəbul edilib.
Belə ki, dəyişiklik Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlara aiddir.
Yəni, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən keçiriləcək.
Bildirilib ki, sözügedən dəyişikliklər MSK-nn fəaliyyətindəki pozuntuların qarşısını almağa kömək edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin