Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO

07:00 - 31 May 2024

Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO

Əməkdar artist Teymur Əmrah "Xalq artisti" fəxri adını daşıyan həmkarlarını tənqid edib.

 

Manset.az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.

T.Əmrah yüksək qiymətə toya gedən Xalq artistlərini canlı oxuya bilməməkdə günahlandırıb:

"Adlarını çəkməyəcəyəm. Bu gün onlar "Xalq artisti" fəxri adını daşıyırlar. Bu gün xalqın gözündə onları o qədər ucaldıblar, pik nöqtəyə qaldırıblar ki... Xalq üçün onlar pik nöqtədədirlər, amma mənim üçün studiyada pik nöqtədədirlər. Canlı ifada onlar "sıfırdılar". O pik nöqtəyə xalq qaldırdığı, bahalı qiymətə toylarına gətirtdiyi... İnanın ki, onlar öz balalarına görə deyil, o ada görə gətirdirlər".


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin