“Qoxuyursunuz” deyərək təyyarədən endirilən 3 nəfər məhkəməyə müraciət etdi

17:28 - 30 May 2024

“Qoxuyursunuz” deyərək təyyarədən endirilən 3 nəfər məhkəməyə müraciət etdi

ABŞ-da 3 qaradərili şəxs irqi ayrı-seçkilik səbəbilə American Airlines-a qarşı iddia qaldırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qaradərili sərnişinlər Alvin Jackson, Emmanuel Jean Joseph və Xavier Veal yanvarın 5-də Arizona-Nyu-York reysi ilə bağlı açıqlamalarında American Airlines səlahiyyətlilərinin bütün qaradərili sərnişinləri təyyarədən çıxardığı bildirilib.

Açıqlamada “Amerika Hava Yolları qaradərili olduğumuz üçün bizi seçdi, utandırdı və aşağıladı” deyilib.

Açıqlamada, təyyarədəki işçinin onlara və digər 5 qaradərili sərnişinə ağ rəngli sərnişinin bədən qoxusundan şikayət etdiyi üçün təyyarədən çıxarıldıqlarını dediyi qeyd edilib.

Bunun üzərinə American Airlines-ın irqi ayrı-seçkilik etdiyi səbəbi ilə məhkəməyə müraciət edən 3 nəfər, ərizələrində təyyarənin kənarında gözləyərkən "bədən qoxusundan ləngimə" elan edildiyini bildiriblər.

İddiaçılar müraciətdə təyyarəyə yenidən mindikləri andan enənə qədər dərin utanc, təhqir və narahatlıq hiss etdiklərini bildiriblər.

Digər tərəfdən, American Airlines də mövzu ilə bağlı açıqlama verib.

"Biz bütün ayrı-seçkilik iddialarını ciddi qəbul edirik və müştərilərimizin bizimlə uçmağı seçdikləri zaman müsbət təcrübə əldə etmələrini istəyirik. İddialar bizim əsas dəyərlərimizi və ya insanlara qayğı göstərmək məqsədimizi əks etdirmədiyinə görə, komandalarımız hazırda faktları araşdırır”- bəyanatda deyilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin