"Qalatasaray" Kerem Aktürkoğlunun transfer qiymətini müəyyən etdi

14:21 - 30 May 2024

Yeni mövsümdə "Qalatasaray"dan ayrılacağı gözlənilən, adı İspaniya və Hollandiya komandalarında hallanan Kerem Aktürkoğlunun transfer qiyməti açıqlanıb. 

 

Manset.az xəbər verir ki, dünən Kerem Aktürkoğlunun yeni meneceri Vilyam Davila "Real Sosyedad" iddiaları ilə bağlı "Radyospor"a xüsusi açıqlamalar verib.

İddiaları təsdiqləyən Davila, "Bəli, Kerem Aktürkoğlunun tərzini bəyənirlər, Real Sosyedad onu istəyir..." deyib.

Məlumata görə, ki klub arasında danışıqlara başlanılıb. İspan klubu istedadlı futbolçu üçün 12 milyon avro zəmanət, 3 milyon avro isə bonus olmaqla ümumilikdə 15 milyon avro təklif edib.

"Qalatasaray" isə təklif edilən bu rəqəmi qeyri-kafi görüb və artırılmasını istəyib. Kərəmə MLS-dən də maraq olduğu və 15 milyon avroluq təklif alındığı qeyd edilib.

Beləki, klub rəhbərliyi futbolçunun bonuslarla birlikdə 20 milyon avrodan aşağı satışına razı deyil.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin