Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
15:25 - 23 Oktyabr 2021
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti sabitləşib.
Manşet.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib:
"Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi”.
O hesab edir ki, Saakaşvili həkim nəzarəti altında şəhər klinikasına yerləşdirilməlidir, əks təqdirdə böhran təkrarlana və həbsxana xəstəxanasında bunun öhdəsindən gəlmək çətin ola bilər.
"İndi Saakaşvilinin səhhəti qənaətbəxşdir, dünənkindən daha yaxşıdır”, - deyə o bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin