Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
15:13 - 23 Oktyabr 2021
"İçərişəhərə girəndə kabab iyi aləmi tutur. Deyəndə isə adamla düşmən olurlar, çünki hər kababxananın bir sahibi var. Guya onların gəlirinə pəl vurursan. Amma gəlirdən başqa mənəvi dəyərlər də var”. Bunu yazıçı Anar deyib. O, İçərişəhərin kababxana deyil, tarixi abidə olduğunu vurğulayıb.
Manşet.az xəbər verir ki, mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Sfera.az-a açıqlamasında deyib ki, dəfələrlə İçərişəhərin dağıdılması, orada binaların, tikililərin təyinatının dəyişdirilməsi, hətta son zamanlar Qız Qalasına qədər müxtəlif xarici ölkələrdən gətirilmiş mütəxəssislərin iştirakı ilə təmir məsələsi istiqamətində çoxlu narahatedici mövqelər sərgilənib:
"İçərişəhər təmir edilərkən mütləq Azərbaycanın tarixini, ədəbiyyatını, arxitekturasını, şəhərsalma və urbanizasiya mədəniyyətini bilən, xüsusilə milli mütəxəssislər bu məsələyə cəlb edilməlidir. Təəssüf ki, biz bunu hər zaman görmürük, bəzi mənfi hallar var. Orada vaxtilə bizimlə düşmənlik etmiş dövlətlərin çoxunun səfirlikləri, eyni zamanda çoxlu biznes strukturları yerləşir. Onlar da İçərişəhərin bütövlükdə energetik aurasını pozur, qədimliyinə zərər vurur. Son vaxtlar biz İçərişəhərin böyük bir biznes mərkəzinə çevrildiyinin şahidi oluruq – restoranlar, kafelər... Bunlar da lazımdır, dünyanın hər yerində belədir. Qədim şəhərlərin biznes və digər strukturlar, xüsusilə də xarici turistlərə xidmət edən iaşə mərkəzləri tərəfindən zəbt edilməsini görürük”.
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, Bakıda dəhşətli tikinti bumu müşahidə edilir:
"O cümlədən də istədiyi yaşayış və digər binaların təyinatını dəyişib restoran, kafe, çayxana, qumarxana, masajxana adı altında yeni iş yerləri açmaq bəhanəsi ilə qazanc mənbəyi düzəldirlər. Əlbəttə, biznes də inkişaf etməlidir. Beynəlxalq turizm mərkəzi olan Bakıda iaşə, ticarət, xidmət sahələri yaradılmalıdır. Amma niyə bunu Bakının qırağında etməyək? İndiki binaların, tikililərin qədimliyini özündə saxlamaq lazımdır. Ümumiyyətlə, İçərişəhərdəki biznesmenlərin, evləri olan məmurların ən azı qarınlarını əritmək üçün maşınların girişini qadağan etməliyik. Necə ki, Fəvvarələr meydanı ətrafında bunu tətbiq etdik və hamı da normal qəbul etdi. İçərişəhərdə də, fərqi yoxdur orada yaşayan və ya yaşamayan şəxslərin maşın sürməsinə icazə vermək olmaz”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin