Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

14:59 - 23 Oktyabr 2021

Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

Rusiyada artıq beşinci gündür ki, koronavirusdan ölənlərin sayında qeydə alınan maksimum göstərici yenilənib.

Manşet.az xəbər verir ki, ölkədə son sutka ərzində 1 075 ölüm halı qeydə alınıb.

Ümumilikdə, pandemiyanın başladığı gündən indiyədək 229 528 nəfər koronavirus səbəbindən ölüb. Operativ qərargahın məlumatlarına əsasən, şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.

Xüsusilə, son sutkada Moskvada 82, Sankt-Peterburqda 67, Krasnodar vilayəti və Nijni Novqorod vilayətində - hər birində 42, Başqırdıstanda 46, Rostov, Sverdlovsk bölgələrində və Stavropol vilayətində - hər birində 34 ölüm hadisəsi qeydə alınıb.

Rusiyada koronavirusa son sutkada 37 678 yoluxma qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 8 205 983-ə çatıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin