Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
16:35 - 29 May 2024
Xalq artisti Fatma Mahmudova verilişdə yaşının deyilməsinə əsəbiləşib.
Manset.az xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan aktrisaya aparıcı Elgiz Əkbər yaşı ilə bağlı sual verib. Bu isə aktrisanı özündən çıxarıb.
"Yaşımı deyən 1949-cu ildə ölənlərin yanına döşənsin. Nəyinizə lazımdır neçə yaşım var? Belə uşağam, 15 yaşım var. Sonra? Mənə dəyən zərbələr hansı bir insana dəysəydi, onlar adını da yadından çıxardardı. 1991-ci ildə Ağdam-Tiflis avtobusunda ermənilər tərəfindən bomba qoyulduğu üçün iki yerə bölünən avtobusdan salamat çıxmışam. İllərlə ağır vəziyyətdə olmuşam, yaddaşımı itirmişəm. Bu gün ikinci həyatımı yaşayıram. Bura gəlmişəm məni Fatma Mahmudova kimi təqdim edəsiniz, yoxşa yaşımı müzakirə edəsiniz? Fəhlə aktrisayam. Evdə oturmamışam, kimsə gəlsin mənə bazarlıq etsin. Evimin həm qulluqcusu, həm xanımı, həm işimin fəhləsi, həm də sənətkar olmuşam" deyə, F.Mahmudova etiraz edib. (Axşam.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin