Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
00:21 - 28 May 2024
"Trendyol"dan sifariş etmişəm, üç gün sonra balansdan əlavə ödəniş çıxılıb".
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət yazılıb.
Qeyd olunub ki, söhbət Azərbaycan Beynəlxalq Bankından (ABB) gedir. Bank əlavə vəsait çıxılmasının səbəbini müştəriyə türk lirəsində yaranmış məzənnə fərqi ilə əsaslandırıb.
Məsələ ilə bağlı ABB-yə sorğu ünvanladıq. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, bu, ticarətdə normal bir praktikadır:
"Əməliyyat edərkən vəsait bloklaşdırılır. Silinmə ilə bloklaşdırma arasında bir neçə saat fərq olur. Silinmə zamanı həmin an üçün olan məzənnə nədirsə, onunla silinir. Səbəb də məzənnənin bəzən dəyişkən olmasıdır. Belə olan halda müştəri məzənnə fərqindən qazana da, itirə də bilər".
Üç gün sonra balansdan pul silinməsi məsələsinə gəldikdə isə Y Cəfərli qeyd edib ki, əgər həqiqətən belə bir şey olubsa, bunu yalnız müştərinin kart məlumatlarına əsasən araşdırmaq mümkün olar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin