Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
19 Noyabr 2024
11:15 - 23 Oktyabr 2021
COVID-19 virusunun yeni ştammının qonşu ölkələrdə yayılması bizim üçün də narahatlığa əsas verir.
Manset.az xəbər verir ki, bu yeni növ haqqında araşdırmalar başa çatmayıb. Bu səbəbdən fəsadları haqda fikirlər müxtəlifdir. Kimi bu növün dəri xəstəliyi yaratdığını, kimi isə öldürücülük qabiliyyətinin yüksək olduğunu iddia edir. Əməkdaşlarımız mövzu ilə bağlı mütəxəssis rəyini öyrəniblər.
"Yeni ştamm əslində COVID-19 infeksiyasının alt qrupudur, subtipidir, ona görə də onu yeni ştamm olaraq dəyərləndirmək düzgün deyil". Bu sözləri Kliniki tibbi mərkəzin baş infeksionisti Fərrux Sədrov delta plyus ştammını "XəzərXəbər"ə dəyərləndirərkən bildirib. Onun sözlərinə görə delta variantının 45-ə yaxın subtipi var ki, bu da onlardan biridir.
Həkim hesab edir ki, infeksiyanın bu variantının daha sürətlə yayıldığı deyilsə də sürətli yayılma heç də öldürücülük demək deyil. Bununla əlaqədar aparılan tədqiqatlar hələ sona çatmadığından yekun fikri də söyləmək çətindir. Lakin yeni ştamm əvvəlkilərdən həm də inkubasiya dövrünə görə fərqlənir:
Yekun rəyə görə virusun bu növünə yoluxmamağın və eləcə də sağalmağın yeganə yolu vaksin olunmaqdır. Vaksinasiya ilə immunitet əldə olunacağı halda virusun yaranan və yaranacaq olan bütün qruplarına qalib gəlmək mümkündür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin