Bu ölkə Ukraynaya 1 milyon avro dəyərində silah bağışlayacaq

17:45 - 27 May 2024

Bu ölkə Ukraynaya 1 milyon avro dəyərində silah bağışlayacaq

Ukrayna prezidenti Vladimir Zelenski İspaniyada baş nazir Pedro Sançeslə görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, liderlər paytaxt Madriddə ikitərəfli təhlükəsizlik müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində İspaniya Ukraynaya 1 milyon avro dəyərində silah bağışlayacaq.

Zelenski razılaşmadan sonra keçirilən mətbuat konfransında Zelenski Ukraynanın müttəfiqlərini “bütün vasitələrdən istifadə edərək” sülh üçün Rusiyaya təzyiq etməyə çağırıb.

O bildirib ki, bu həftələr əsgərlərimiz Rusiyanın hücumuna qarşı özlərini müdafiə edirlər. Daha böyük nailiyyətlər əldə etmək üçün müttəfiqlərimizlə birgə fəaliyyətimizi gücləndirməliyik.

Sançes "Dəstəyimizi ikiqat artırmaq həmişəkindən daha vacibdir" deyib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin