Fatih Terim Bakıda
15 Noyabr 2024
22:59 - 22 Oktyabr 2021
Ukrayna Moldovaya qaz tədarükü ilə bağlı yardım göstərəcək.
Manşet.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Şuranın iclasından sonra açıqlamalar verən Danilovun sözlərinə görə, Moldovanın Baş naziri Natalya Qavrilitsa belə bir xahişlə Ukrayna hökumətinə müraciət edib.
O bildirib ki, Moldovaya qaz pulla deyil, borca veriləcək və Moldova daha sonra bu resursu geri qaytaracaq. Danilov qeyd edib ki, bu addım ona görə atılmalıdır ki, Ukraynada Moldovadan qazla təmin olunan ərazilər var.
Xatırladaq ki, Moldova hökuməti qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin