Bu ölkə Moldovaya yardım edəcək

22:59 - 22 Oktyabr 2021

Bu ölkə Moldovaya yardım edəcək

Ukrayna Moldovaya qaz tədarükü ilə bağlı yardım göstərəcək.

Manşet.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Şuranın iclasından sonra açıqlamalar verən Danilovun sözlərinə görə, Moldovanın Baş naziri Natalya Qavrilitsa belə bir xahişlə Ukrayna hökumətinə müraciət edib.

O bildirib ki, Moldovaya qaz pulla deyil, borca veriləcək və Moldova daha sonra bu resursu geri qaytaracaq. Danilov qeyd edib ki, bu addım ona görə atılmalıdır ki, Ukraynada Moldovadan qazla təmin olunan ərazilər var. 

Xatırladaq ki, Moldova hökuməti qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin