Fatih Terim Bakıda
15 Noyabr 2024
22:24 - 22 Oktyabr 2021
Moldovada mavi yanacaq böhranı yaşanır.
Ölkədə təbii qaz çatışmazlığı səbəbindən paytaxt Kişineudakı “Əbədiyyət” memorial kompleksindəki “Əbədi məşəl” müvəqqəti olaraq söndürülüb.
Manşet.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məşəlin böhranın həll olunmasınadək yandırılmayacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 22-də Moldova parlamenti yaranmış mavi yanacaq çatışmazlığını nəzərə alaraq, ölkə ərazisində 30 sutkalıq fövqəladə vəziyyət elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin