Daha bir idmançımız Dünya Çempionu oldu

22:00 - 22 Oktyabr 2021

Daha bir idmançımız Dünya Çempionu oldu

İdmançı Anar Məmmədov İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionu oldu.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı onun müəllimi Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, "Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov paylaşıb.

O bildirib ki, Anar 57 kiloqram çəki dərəcəsində döyüşüb. 

Qeyd edək ki, ötən gün 63 kiloqram çəkidə mübarizə aparan "Ağ canavar” ləqəbli idmançımız Eduard Məmmədov İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib. 

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.
 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin