Avropanın ən borclu dövlətləri məlum OLDU

21:28 - 22 Oktyabr 2021

Avropanın ən borclu dövlətləri məlum OLDU

Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.

Manşet.az xəbər verir ki, hazırda İttifaq üzvləri arasında dövlət borcu ÜDM-ə nisbətdə ən yüksək olan ölkə Yunanıstandır. Hazırda Balkan ölkəsinin borcları ölkənin ümumi istehsalını 207.2% üstələyir.

Bu göstərici üzrə növbəti yerləri İtaliya (156.3%), Portuqaliya (135.4%), İspaniya (122.8%) və Fransa (114.6%) tutur.

ÜDM-ə nisbətdə ən az borcu olan Aİ ölkələri isə Estoniya (19.6%), Bolqarıstan (24.7%) və Lüksemburqdur (26.2%).


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin