Fatih Terim Bakıda
15 Noyabr 2024
21:17 - 22 Oktyabr 2021
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək "Al-Tumama" stadionu istifadəyə verilib.
Manşet.az-ın məlumatına görə, arenanın açılış mərasimi "Əl-Sədd" və "Əl-Rayan" komandaları arasında Əmir Kubokunun final oyunundan öncə baş tutub. Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 5-ci stadiondur.
Yerləşdiyi bölgənin adını daşıyan arenanın dizaynı Körfəz ölkələrinə xas olan kişi baş geyiminə bənzəyir.
40 min azarkeş tutumuna malik arenada mundialın qrup oyunları, həmçinin 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin