Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
13:23 - 24 May 2024
Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb.
FHN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, onun balıq ovuna çıxdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin