Koronavirusun yeni ştammı yayılıb - Sürətlə yoluxurlar

09:52 - 21 May 2024

Koronavirusun yeni ştammı yayılıb - Sürətlə yoluxurlar

Dünya ölkələrində koronavirus infeksiyasının FLiRT ştammı yayılıb.

"Covid-19" infeksiyasının yeni variantının patogenliyi aşağı olsa da, yüksək yoluxdurma qabiliyyəti vardır.

Manset.az xəbər verir ki, virusoloq Anatoli Altşteyn TASS-a bildirib ki, yeni ştamm hələlik əhali üçün ciddi təhlükə yaratmır.

"Financial Times" yazıb ki, ABŞ-də yeni FLiRT ştammına yoluxma sürtlə artır. Mütəxəssislər bu yay yeni dalğanın olacağını istisna etmir. 

Qeyd edək ki, "SARS-CoV-2" virusu, genetik materialında baş verən mutasiyalar nəticəsində yeni variantlar və ştammlar əmələ gətirir. Bu variantlar və ştammlar, müxtəlif yoluxuculuq, xəstəliyin ağırlıq dərəcəsi və peyvəndlərə qarşı müqavimət kimi xüsusiyyətlərə sahib ola bilir.

  • Alfa variantı (B.1.1.7): İlk dəfə Birləşmiş Krallıqda aşkar edilmişdir və yüksək yoluxuculuq xüsusiyyəti ilə seçilir.
  • Beta variantı (B.1.351): İlk dəfə Cənubi Afrikada aşkar edilmişdir və bəzi peyvəndlərin effektivliyini azalda bilən mutasiyalara sahibdir.
  • Gamma variantı (P.1): İlk dəfə Braziliyada aşkar edilmişdir və bəzi hallarda əvvəlki infeksiyalara qarşı immuniteti azalda bilər.
  • Delta variantı (B.1.617.2): İlk dəfə Hindistanda aşkar edilmişdir və yüksək yoluxuculuq və ağır xəstəlik riskini artıran xüsusiyyətlərə malikdir.
  • Omicron variantı (B.1.1.529): İlk dəfə Cənubi Afrikada aşkar edilmişdir və çox sayda mutasiya ilə fərqlənir, bu da onun yayılma sürətini və peyvəndlərə qarşı müqavimətini artırır.

Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin