Fatih Terim Bakıda
15 Noyabr 2024
13:09 - 22 Oktyabr 2021
“Qarabağda Azərbaycan və digər türk xalqlarına məxsus olan böyük mədəni irs var. İşğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbayacan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məsidlərdə donuz saxlanılıb”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.
“Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin