Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
09:14 - 17 May 2024
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.
Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı, Qusar, Şahdağ, Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin