Azərbaycanda kişi özünü "matapila" ilə DOĞRADI

22:05 - 21 Oktyabr 2021

Azərbaycanda kişi özünü

Ucar rayonunda kişi özünü ehtiyatsızlıqdan ağac kəsmək üçün istifadə olunan "matapila" ilə doğrayıb.

Manşet.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib. Belə ki, "matapila" budama işləri görmək üçün ağaca çıxan 1977-ci il təvəllüdlü Əliyev İlham Faiq oğlunun ayaqları üzərinə düşüb.

44 yaşlı zərərçəkmiş Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İ. Əliyev xeyli qan itirdiyindən rayonda müdaxilə etmək mümkün olmayıb. Burada onun qanaxması dayandırılıb, əlavə qan köçürülüb.

Daha sonra o, ölümcül şəkildə ambulansla Bakı şəhərinə aparılıb.

unikal.org


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin