Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

21:53 - 21 Oktyabr 2021

Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvili xəstəxanaya yerləşdirilib.

Manşet.az xəbər verir ki, 77 yaşlı N.Saakaşvilini infarkt vurduğu bildirilir.

O, hazırda Çapidze adına Kardioloji Klinikadadır. Tibbi müəssisədən bildirilib ki, N.Saakaşvilinin vəziyyəti qənaətbəxşdir və onda aritmiya əlamətləri müşahidə olunur.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, özünü siyasi məhbus hesab edir və azadlığa buraxılması tələbi ilə artıq 21-ci gündür aclıq aksiyası keçirir.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin