Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
20:49 - 21 Oktyabr 2021
Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən etibarən məhdudiyyətlər sərtləşdiriləcək.
Manşet.az "romaniajournal"a istinadla xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis deyib.
O bildirib ki, maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq:
“Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da sərt tədbirlər görüləcək. Onlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq”.
O vurğulayıb ki, pandemiyanı dayandırmağın tək həll yolu vaksinasiyadır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin