Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
20:24 - 21 Oktyabr 2021
Bakıda yol polisinə tabe olmayaraq yol-hərəkəti qaydalarını pozan 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqovla bağlı məhkəmə qərarı elan olunub.
Manşet.az xəbər verir ki, Səbail rayon məhkəməsinin qərarına əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib.
Xatırladaq ki, N.Sadiqov Paytaxtın S.Vurğun Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan N.Sadiqov yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin