Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
09:14 - 15 May 2024
Ötən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl - 2017-ci il sentyabrın 6-da müşahidə olunub.
Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Qeyd olunub ki, plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çata bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin